Valentlik





EDUARD FRANKLEND (1825-1899)
İngilis kimyaçısı. 1852-ci ildə atomları bir-birinə birləşdirici qüvvə haqqında anlayışı elmə daxil 
etmişdir. Atomların bu xassələrini sonralar valentlik adlandırmışlar.

Sabit valentli elementlər
Kimyəvi elementlərElementlərin valentliyi
1. Н, Li, Na, K, Rb, Cs, FI
2. O*, Be, Mg, Ca, Ba, Zn, HgII
3. B, AlIII
4. C**IV
Başqa elementlər qrupu isə müxtəlif kimyəvi birləşmələrdə müxtəlif valentliyə malik olur. Onlara dəyişkən valentli elementlər deyilir.
* Oksigen CO və Н3О+ -da III valentlidir.
** Karbon CO-da III valentlidir.


Sabit valentli elementlər
Kimyəvi elementlərElementlərin valentliyi
Pb, Sn, SiII, IV
SII, IV, VI
PIII, V
CrII, III, IV, VI
CuI, II
FeII, III
NIII, IV
MnII, III, IV, VI, VII
Cl, Br, JI, III, V, VII
Kimyəvi elementin valentliyini bilməklə onların əmələ gətirdiyi binar (ikielementli) birləşmənin formulunu asanlıqla tərtib etmək olar. Bunun üçün elementlərin işarələrini yazıb, üstündə valentliklərini göstərirlər. Sonra həmin valentliyi göstərən ədədlərin ən kiçik ortaq bölünənini (ƏKOB) müəyyənləşdirib, onu valentliklərin hər birinə bölərək indeksləri tapırlar.
  

Bu blogdaki popüler yayınlar

Heyvanlar nə qədər yaşayır?

KIMYADAN MARAQLI SUALLAR VƏ CAVABLARI

Mitoz