Mitoz
Mitoz
Mitoz- təbiətdə daha geniş yayılmış və əlverişli bölünmə yoludur. Mitoz bölünmədə mürəkkəb çevrilmələr gedir və hüceyrələr dəyişikliyə məruz qalır. Hüceyrələr bölünənə qədər interfaza mərhələsində olur. İnterfazanın bir neçə dövrü var:
Birinci - hazırlıq dövrü ( G1 ). Bu zaman sitoplazmanın orqanoidləri yaranır və formalaşır, ribosomlarda inşaat zülalları və fermentlər əməmlə gəlir. Mitoxondrilərdə ATF sintez olunur və enerji toplanır.
İkinci - sintetik dövr ( S ). Bu dövrdə nüvədə DNT ikiləşir. Xromosomlarda DNT - nin miqdarı və sentriollar iki dəfə artır. İnterfaza mərhələsinin əvvəlində hüceyrə nüvəsindəDNT - nin miqdarı diploid ( 2 s ), xromosomun miqdarı haploid ( n ) olur. Lakin interfaza mərhələsinin orta dövründə, yəni DNT - nin ikiləşməsi baş verdikdə xromosomun miqdarı diploid ( 2n ), DNT - nin miqdarı isə iki dəfə artaraq tetrapolid ( 4s )olur.
Üçüncü - sintezdən sonrakı ( postsintetik ) dövr ( G2 ). Bu dövrdə interfaza başa çatır, mitoz başlayır. Mitozun dörd mərhələsi var: profaza ( lat. "pro" - ilk ), metafaza ( yun. " meta" - kənar, xaric ), anafaza ( yun. " ana" - yuxarı ), telofaza (yun. " telos "- son ).
Profaza - mitozun ən uzun mərhələsidir. Bu dövrdə nüvənin bütün quruluş yenidən yaranır. Nüvənin həcmi böyüyür, iriləşir. Nüvədə nazik saplar əmələ gəlir. Bu saplar xromosomlardır. Xromosomlar spiral halında burulur və yoğunlaşır, nəticədə DNT telində dəfələrlə qısalma meydana çıxır. Xromosomlar işıq mikroskopunda aydın görünməyə başlayır. Bu zaman xromosomların sayını, ölçüsünü, forma və qururluşunu müəyyən etmək olur. Xromosomlar uzunsov bərk cisimlərdir. Onları hissələrə ayıran gərilmələr var. Bunlara ilkin gərilmə və ya sentromer ( yun. " meros " - hissə ) və ikinci gərilmə aiddir. Hər bir xromosom spiral halında burulmuş iki teldən ibarət olur. Bunlar bacı xromatidlər adlanır.
Profazada hüceyrədə olan iki ədəd sentriollar əks qütüblərə çəkilir. Onların arasında nazik tellər ( bölünmə vətəri və ya iy telləri ) əmələ gəlir. Profazanın sitoplazmada sərbəst yerləşir. Profazadan sonra mitozun ikinci - metafaza mərhələsi başlayır.
Metafaza - xromosomların daha çox qısalması ilə səciyyələnir. Xromosomlar ekvator sahəsi boyunca düzülür. Hər xromosom özünün sentromeri ( mərkəzi sahəsi ) ilə bir vətər ( iy ) telinə birləşir. Sonra vətər tellərinin qısalması nəticəsində xromosomlarda olan bacı xromatidlərin hər biri hüceyrənin qütblərinə çəkilməyə başlayır. Xromatidlərin hüceyrənin hər iki əks qütbünə çəkilməyə başlaması üçüncü anafazanın başlandığını göstərir.
Anafaza - mərhələsində qız xromosomlar ( xromatidlər ) hüceyrənin ayrı - ayrı qütbünə çəkilir. Xromatidlərin hərəkəti vətər tellərinin qısalması hesabına yerinə yetirilir. Beləliklə, xromatidlər iki bərabər sayda əks qetblərdə toplanır. Xromatidlərin hərəkəti ATF - in enerjisi hesabına mümkün olur. Xromatidlərin qütblərə çəkilməsi dördüncü mərhələ telofazanın başlanmasıdır.
Telofaza - mitozun axırıncı mərhələsidir. Bu zaman xromosomlar spiralsızlaşır, yenidən bir -birinə sarılmış uzun tellər formasını alır, bu isə bölünməyən nüvə membranı yaranır və nüvəcik yenidən tamamilə bərpa olunur. Qız hüceyrələr bir - birindən ayrılır və ana hüceyrənin eyni olan iki hüceyrə yaranır.
Mitozun davametmə müddəti. Mitoz interfazaya nisbətən daha qısamüddətlidir. Mitoz prosesi cəmi 1 - 2 saat, interfaza isə bir neçə saatdan 20 günə kimi davam edir. Sinir hüceyrələri isə bölünmədiyindən illərlə interfaza mərhələsində qalır.
Mitozun bioloji əhəmiyyəti. Mitoz bölünmə nəticəsində əvvəlki hüceyrədə olan bütün irsi əlamətlərə malik olan iki yeni hüceyrə alınır. Qız hüceyrələrdə eyni xromosom yığımı və genlər olur. Deməli, mitoz elə bölünmə yoludur ki, nəticədə bütün genetik material iki qız hüceyrə arasında bərabər bölünür və eyni diploid ( cüt sayda ) xromosom yığımına malik olur. Mitozun gedişini yüksək temperatur, radioaktiv şüalanma, müxtəlif zəhərli maddələr poza bilir. Mitoz prosesinin normal gedişi pozularsa, qız hüceyrələrdə xromosomların sayı ana hüceyrələrdən az və ya çox olarsa, bu hüceyrənin məhvinə, yaxud irsi dəyişkənliklərin ( mutasiyaya ) əmələ gəlməsinə sabəb olur.

Yorumlar
Yorum Gönder