KIMYADAN MARAQLI SUALLAR VƏ CAVABLARI
1.
Müxtlif maddələrin qarışığından ibarət olan substansiya necə adlanır?
Cavab:
Qarışıq
2.
Kimyəvi reaksiyanın istilik effekti göstərilən kimyəvi reaksiya tənliyi
necə adlanır?
Cavab: Termokimyəvi
3.
Maddənin həll olmasının temperaturdan asılılıq qrafiki necə adlanır?
Cavab:
Həllolma əyrisi
4.
Hansı su közərmiş metalı daha tez soyudar: soyuq (200C) və ya qaynar
(1000C)?
Cavab: Qaynar su közərmiş metalı daha tez soyudar.
Belə ki, suyun buxar əmələ gətirməsinin xüsusi istiliyi xüsusi istilik
tutumundan 1000 dəfə çoxdur və isti suyun apardığı istilik miqdarı soyuq suyun
apardığı istilik miqdarından çoxdur.
5.
Nə üçün yayda açıq su hövzələrində
suyun temperaturu həmişə ətraf mühitin temperaturundan aşağıdır?
Cavab:
Açıq su hövzəsindən suyun
buxarlanması mayenin daxili enerjisinin azalması ilə müşayət olunur; bu zaman həm
maye, həm də onunla təmasda olan hava soyuyur.
6.
Əvvəllər adamlar yağış suyunu yığırdılar və içmək üçün təsərrüfat
ehtiyatlarını ödəmək məqsədi ilə istifadə edirdilər. İndi yağış suyunu az
istifadə edirlər və çalışırlar ki, yağışa düşməsinlər. Nə üçün?
Cavab: Yağış suyu avtonəqliyyatın tüstü qazları, sənaye
müəssisələrinin tullantıları hesabına zərərli maddələrə malik ola bilər.
7.
Qarşınızda iki nömrələnmiş və içərilərində su olan stəkanlar var. Hansı
stəkanda qaynanmış su olduğunu müəyyən edin.
Cavab: Qaynanmış su divarlarında qaz qabarcıqları
olmayan stəkandadır. Əgər stəkana krandan soyuq su tökülərsə və isti yerə
qoyularsa stəkanın divarlarında qaz qabarcıqları (oksigen, azot, karbon qazı) əmələ
gəlir. Bu qazlar soyuq suda həll olmuş halda olur və qızdırıldıqda sudan
ayrılır (qazların suda həll olması temperatur artdıqca azalır).
8. Bir stəkanda su, digərində spirt var.
Hər iki stəkana yağ damızdırdılar. Nə üçün içərisində su olan stəkanda yağ səthdə
üzür, spirt olan stəkanda isə yağ kürəciyi spirtin həcmində "asılı” qalır?
Cavab: Mayeyə tökülmüş yağ damcısına ağırlıq qüvvəsi
və arximed qüvvəsi (suyun sıxlığından asılı olur) təsir edir. Su olan stəkanda
ağırlıq qüvvəsi arximed qüvvəsindən azdır və yağ damcısı səthdə üzür. İçərisində
spirt olan stəkanda ağırlıq qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir və yağ mayenin
istənilən yerində tarazlıqda olur (üzür).
9.
Qarşınızda iki stəkan su var. Hansı stəkanda dəniz suyu, hansında içməli
su olduğunu müəyyən edin. Suyun dadına baxmaq olmaz.
Cavab: Stəkana çiy yumurta salmaq lazımdır. İçməli
suda yumurta batacaq, dəniz suyunda isə üzə çıxır. Bu, onunla əlaqədardır ki,
duzlu suyun sıxlığı içməli suyun sıxlığından çoxdur, uyğun olaraq yumurtaya təsir
edən arximed qüvvəsi duzlu suda daha böyükdür.
10. Bitkilər 70%-dən çox suya malikdirlər.
Nə üçün onlar kifayət qədər soyuqda donmurlar?
Cavab: Məsələ
ondadır ki, 0oC-də adi şəraitdə yalnız təmiz su donur, bitkilərdə isə mürəkkəb,
o cümlədən kolloid məhlullar var ki, onların da donma temperaturları xeyli
aşğıdır. Bundan başqa soyuğa dözmək üçün xüsusi tədbirlər görürlər: krioprotektorlar
(şəkər, enerji tutumlu piylər) istehsal edir və toplayırlar. Bu maddələr oksidləşdikdə
hiss olunacaq dərəcədə istilik ayrılır ki, bu da bitkiləri soyuqdan qoruyur.
11. Su molekulları ionlara parçalanırmı?
Cavab: Bəli, parçalanır. Su molekulları olduqca möhkəmdir,
amma onların az bir hissəsi ionlara dissosiasiya edir. Adi temperaturda hər
milyard su molekulundan 2-si dissosasiya edir.
12. Nə üçün dərin sulu göldə su mavi rəngli
görünür, kran suyu isə rəngsizdir?
Cavab:
Bizim bəzən ağ adlandırdığımız
günəş işığında optik diapazonunun bütün dalğa uzunluqlarına (infraqırmızıdan
ultrabənövşəyiyə qədər) malik şüalar
var. Suyun səthinə düşdükdə işığın bir hissəsi udulur və bütün istiqamətlərə səpələnir
(su molekulları ilə toqquşaraq). Bu zaman spektrin qırmızı hissəsi daha tez
udulur, mavi spektr isə hamısından ləng.
On beş-iyirmi metr dərinliyə çataraq
spektrin qırmızı şüaları tamamilə udulur. Əsasən spektrin mavi hissəsinin
şüaları səpələnir və udulmadan geri qayıdır. Məhz buna görə dərin və təmiz göldə
su mavi rəngdə görünür. Stəkana krandan tökülmüş su ona görə rəngsiz görünür
ki, onun dərinliyi hətta spektrin qırmızı hissəsinin olduqca az miqdarını da
uda bilmir.
13. Nə üçün Elbrus zirvəsində su 820C-də
qaynayır,
Cavab: Elbrus zirvəsində təzyiq atmosfer təzyiqindən
azdır, odur ki, suyun qaynama temperaturu 1000C-dən aşağıdır.
14. Şüşə tikinti materiallarının geniş
istifadəsi nə ilə əlaqədardır?
Cavab:
Onların nisbətən ucuz olması,
geniş yayılması, asan tapılması və xammalın ucuzluğu ilə əlaqədardır. Bundan
başqa ərimiş şüşəni mexaniki üsulu ilə məmulata formalaşdırmaq asandır. Şüşə
asanlıqla mexaniki işlənə bilir. Bu da şüşə məmulatlarının qiymətini aşağı
salır.
15. Nə üçün istehsal üçün şıxtanın tərkibinə
əhəng, əhəng daşı, təbaşir daxil edilir?
Cavab:
Şüşənin suda həll olmaması üçün.
16. Şüşənin rənglənməsi necə həyata
keçirilir?
Cavab: Rəngləmək üçün şüşəyə bəzi metalların oksidləri
və ya müəyyən metalların kolloid hissəcikləri daxil edilir. Metal oksidləri ilə
rənglədikdə şüşənin rəngi oksid-boyayıcının tərkibindən və miqdarından asılı
olur. Məsələn, kobalt (II) oksid natrium-kalsium şüşədə qırmızı- bənövşəyi rəng
verir. Manqan (II) oksid natrium-kalsium şüşədə qırmızı-bənövşəyi rəng,
kalium-sink şüşədə mavi-bənövşəyi rəng verir. Kolloid vəziyyətdə də qızıl şüşəni
qırmızı rəngə boyayır. Belə şüşə qızıl rubin adlanır. Kolloid vəziyyətdə gümüş
şüşəni sarı rəngə boyayır. Selen yaxşı boyayıcıdır. Kolloid vəziyyətdə selen
şüşəni çəhrayı rəngə boyayır., CdS. 3CdSe birləşməsi şəklində olduqda isə şüşəni
qırmızı rəngə boyayır. Belə şüşə selen rubini adlanır. Aşağı keyfiyyətli
butulka şüşəsi bir qayda olaraq onun tərkibində Fe2+ və Fe3+ ionlarının
miqdarından asılı olaraq müxtəlif rənglərə malik olur.
17. Fotoxrom şüşə nədir? Onun tərkibi
necədir?
Cavab: Fotoxrom şüşə şüalanmanın təsiri ilə öz rəngini
dəyişir. Belə şüşələri güclü şüşələnmiş binaları günəşdən qorumaq, mənzilin
daima işıqlanmasını təmin etmək üçün istifadə olunur. Belə şüşə həm də nəqliyyatda
istifadə olunur. Fotoxrom şüşənin tərkibində bor oksid B2O3 olur, işığa həssas
komponent mis (I) oksid iştirakı ilə gümüş xloriddir. Işıqlandırma zamanı
atomar gümüş ayrılır ki, bu da şüşənin tutqunlaşmasına səbəb olur. Qaranlıqda
reaksiya əks istiqamətdə gedir. Mis (I) oksid özünəməxsus katalizator rolunu
oynayır.
18. Billur (xrustal) nə zaman kəşf
olunub və onun tərkibi nədən ibarətdir?
Cavab: Billur XVII əsrdə İngiltərədə kəşf olunub.
Billur şüşə qurğuşun-kalium slikatlı şüşədir
və tərkibində qurğuşun (II) oksid var. Çox vaxt qurğuşunun miqdarı əşyanın
markası üzərində göstərilir. Qurğuşun nə qədər çox olursa, billurun keyfiyyəti
bir o qədər yüksək olur. Billur yüksək şəffaflığa, parıltıya və böyük şıxlığa
malik olur.
19. Kvars şüşə nədən alınır?
Cavab: Kvars şüşə təmiz kvars qamundan və ya tərkibində
SiO2 olan dağ billurundan alınır. Kvars şüşəni hazırlamaq üçün olduqca yüksək
temperatur tələb olunur (17000C-dən yuxarı).
20. Tripleks nədir?
Cavab: Tripleks təhlükəsiz şüşədir. O, aralarına şəffaf
və şüşə ilə kley vasitəsilə şüşəyə yapışdırılan təbəqə qoyulmuş bir neçə adi
şüşə lövhələrindən alınır. Bərk yapışdıqlarına görə zərbə zamanı əmələ gələn
qırıntılar aralıq təbəqə tərəfindən saxlanılır və şüşə üzərində qırıntılar yox,
çoxlu sayda radial və konsentrik çatlar əmələ gəlir. Bu şüşə qırıntıları ilə sərnişinlərin
yaralanma təhlükəsini kəskin azaldır.
21. Alışdırmaq üçün ağac çubuqlardan
istifadə etmək ideysaı kimin ağlına gəlmişdir?
Cavab: Əsas ideya – böyük istilik ayrılması ilə gedən
kimyəvi reaksiyanı ağac çubuğun alışdırılması üçün istifadə ideyası 1805-ci ildə
Fransada yaranmışdır. Parisli Jan Şansel nazik ağac çubuqcuqların başlığını
(ucunu) şəkər, bertolle duru (KClO3) və kamed qarışığı ilə örtmüş, onları
alışdırmaq üçün sulfat turşusuna salmışdır. Şəkərin turşu ilə qarşılıqlı təsiri
zamanı alınan, bertolle duzu ayrılan oksigenin hesabına yanmanı gücləndirir.
Belə kibritdən istifadə etmək üçün hər kəs yanında kiçik qabda qatı sulfat
turşusu gəzdirməli idi ki, bu da təkcə narahatlıq yaratmırdı, həm də turşu ilə
ehtiyyatsız davrandıqda kimyəvi yanıqlara səbəb olurdu. Odur ki, "turşu”
üsulu geniş tətbiq tapmamışdır.
22. Kim kibriti najdak kağızına sürtməklə
alışdırmağı tapmışdır?
Cavab: İngilis şəhərciyi Stok-ton-on-Tisdə yaşayan
aptekçi Con Uolker 1827-ci ildə kibriti najdak kağızına sürtməklə alışdırmaq
üsulunu tapmışdır. Onun satış üçün hazırladığı kibritlərin başı kalium
xloratın, stibium (III) sulfidin və kamedin qarışığından ibarət idi.
3KClO3 + Sb2S3 = 3KCl + Sb2O3 + 3SO2
Reaksiya qaz halında kükürd dioksid
alınması ilə müşayət olunur ki, o da xarakterik kəskin iyə malikdir. Bu
kükürdlü kibritlər (stibium sulfidin bir hissəsi daha ucuz toz halında kükürd
ilə əvəz olunmuşdur yandıqda da hiss olunur:
2KClO3 + 3S = 2KCl + 3SO2
23. Nə zaman ilk dəfə fosforlu kibritlər
yaranmışdır?
Cavab: Fosforlu kibrit 1830-cu illərin əvvəllərində
yaranmışdır. Tələbə kimyaçı Şarl Soria Fransada və kimyaçı Kamerer Almaniyada
sürtünmə zamanı asan alışa bilən fosfora malik tərkib tapmışdır. Yanma zamanı
fosfor oksidə çevrilir.
5KClO3 + 6P = 5KCl + 3P2O5
24. Tez alışmalarının qarşısını almaq
üçün fosforlu kibritlərdən istifadə edərkən hansı ehtiyat tədbirləri görmək
lazım idi?
Cavab: Kibritin yana bilən qarışığını ciddi olaraq
havadan təcrid etmək lazım idi, əks halda fosfor asanlıqla alışırdı. Öz-özünə
alışma olmaması üçün kibrit başlığını kamed və ya ona bənzər maddələrlə
örtürdülər. Fosforlu kibritlər olduqca təhlükəli idi, onlar asanlıqla
alışmaları ilə yanaşı həm də onların tərkibində güclü zəhərli ağ fosfor var
idi. 1867-ci ildə İtaliya ershersoginyası Matilda təsadüfən kibriti ayaqlamış və
nəticədə ani olaraq paltarı alova bürünmüş və o, yanıqdan dünyasını dəyişmişdir.
25. Kibrit fabrikinin işçiləri hansı peşə
xəstəliyindən əziyyət çəkirdilər?
Cavab: Bu xəstəlik fosfor nekrozu adlanır- sümüklərin
zədələnməsi.
26. Ağ fosforun hansı dozası insan üçün
öldürücüdür?
Cavab:
Ağ fosforun 0,05-0,15 qramı insan üçün öldürücü dozadır.
27. Kibrit istehsalında ağ fosfor hansı
kimyəvi birləşmə ilə əvəz olunmuşdur?
Cavab:
Ağ fosforun fosfor sulfid P4S3 ilə əvəz edildiyi tərkiblər bir qədər az
təhlükəlidir. Tərkibində bertolle duzu KClO3, fosfor sulfid P4S3, toz halında
şüşə olan və dəmir və sink əlavələrinə malik qarışıq nahamar səthə sürtüldükdə
asanlıqla alışır. Kibrit hazırlayarkən kalium xlorat əvəzinə, əksər hallarda
ona əlavə kimi həmçinin daha ucuz olan maddələr-kalium nitrat, kalium bixromat
K2Cr2O7, sürmə Pb3O4, manqan dioksid MnO2 və qurğuşun dioksid PbO2, kamedin əvəzinə
dekstrin və müxtəlif yapışqanlar istifadə olunurdu.
28. Qırmızı fosforu kim kəşf etmişdir və
o, kibrit istehsalına necə təsir etmişdir?
Cavab: 1847-ci ildə avstriya kimyaçısı Şriter
aktivliyi ağ fosfora nəzərən olduqca az olan qırmızı fosforu kəşf etmişdir.
Qırmızı fosforun yanma istiliyi ağ
fosforun yanma istiliyindən bir qədər azdır, ama qırmızı fosfor ağ fosfora nəzərən
ləng oksidləşir və yalnız ağ fosforun izləri səviyyəsində ağ fosfora malik olduqda
havada özü-özünə alışır. Bundan başqa qırmızı fosfor zəhərli deyil. Təbii ki,
kibrit istehsalında o, daha təhlükəli ağ fosfor istifadəsini sıxışdırıb
çıxarmışdır.
29. İlk təhlükəsiz isveç kibritləri nə
zaman yaranmışdır və onlar nədən ibarət idi?
Cavab: Təhlükəsiz kibritlər 1855-ci ildə
isveç kimyaçısı Y.Lundstrom tərəfindən kəşf olunmuşdur. Bu kibritlərin
başlıqları tamamilə fosfora malik deyildilər və bertolle duzunun və stibium
sulfidin Sb2S3 elə proporsiyada qarışığından ibarət idilər ki, onlar nə hava ilə
təmasda, nə də nahamar səthə sürtüldükdə özü-özünə alışmırdılar. Onların
alışdırılması üçün sonralar geniş yayılmış prinsip istifadə olunmuşdu. Yanar
qarışığın komponentlərini kibritin başlığı və qutunun səthində ayrılıqda yerləşdirmək.
Isveç kibritlərində qutunun yan səthinə
qırmızı fosfora malik qarışıq çəkilirdi.
Çubuğun yaxşı yanması üçün qarışığın
yanmasını inert əlavələr - oxra, xırda şüşələr və digər maddələr əlavə etməklə
ləngidirlər. Çubuğun özünü kükürd, parafin və vosk ilə hopdururdular. Kibrit
başlığına müxtəlif piqmentlər qatmaqla müxtəlif rənglər verirdilər. Təxminən
eyni kibritləri biz indi istifadə edirik
30. Polad yonqarlara malik maddələr qarışığını ayırmağa nədən başlayardınız?
Cavab: Poladv yonqarları maqnit ilə ayırmaqdan.
32. Dəmir, alüminium və natrium
metallarından hansı dəyişgən valentlidir?
Cavab: Dəmir.
33. Gümüş əşyaların qaralması hansı
hadısələrə aiddir?
Cavab:
Kimyəvi hadisələrə.
34. Separatorlarda yağ südün qalan hissəsindən
hansı üsul ilə ayrılır?
Cavab: Sentrifuqa üsulu ilə.
35. Daimi komponentlərindən biri azot
olan təbii qarışığı göstərin?
Cavab: Hava.
36. Havanın tərkibindəki qazlardan hansı
birinci kəşv olunub?
Cavab: Oksigen.
37. Tikinti materialı ola bilən təbii
karbonatların adlarını deyin?
Cavab: Mərmər, əhəng daşı, təbaşir.
38. Təbaşirin, mərmərin, əhəng daşının əsasını
hansı maddə təşkil edir?
Cavab: Kalsium karbonat.
39. Yer qabığında hansı metallar daha
geniş yayılmışdır?
Cavab: Alüminium və dəmir.
40. Tərkibində 2%-dən çox karbon,
silisiumun, manqanın, fosforun və kükürdün əlavələri olan dəmir ərintisi neçə
adlanır?
Cavab: Çuqun.
41. Səhər yeməyi yeməyə oturmazdan əvvəl
səhər tezdən hansı duzları istifadə edirsiniz?
Cavab: Diş pastasının tərkibinə daxil olan kalsium
karbonat və ya kalsium fosfat, flüoridlər.
42. Hansı turşu bütün canlıların əsası
olan elementə malikdir?
Cavab: Karbonat turşusu.
43. Hansı metal ən yüngül, hansı ən
ağırdır?
Cavab: Ən yüngül metal litium, ən ağır metal
osmiumdur.
44. Hansı maddə texnikada kaustik soda
adlanır?
Cavab: Natrium qələvisi- natrium hidroksid.
45. Hansı süd içilmir? Bu maddə hansı
sinifə aiddir?
Cavab: Əhəng südü – kalsium hidroksidin suda
suspenziyası belə adlanır. Bu məddə əsaslar sinifinə aiddir.
46. Aşağıdakı qazlardan hansı təbii birləşmə
deyil: metan, dəm qazı, karbon qazı?
Cavab: Dəm qazı.
47. Ağır maye metalı adlandırın ?
Cavab:
Civə.
48. Ammoniak məhlulunun iki adını söyləyin?
Cavab: Naşatır spirti, ammoniakın hidratı.
49. Təcrübi yolla çay sodasını yuma
sodasından necə fərgləndirmək olar?
Cavab: Çay sodası qızdırıldıqda karbon qazı
ayrılmaqla parçalanır. Yuma sodası isə qızdırıldıqda parçalanmır.
50. Kalium şorası və potaşı təcrübi
yolla necə fərgləndirmək olar?
Cavab: Xlorid turşusu potaş ilə qarşılıqlı təsirdə
olduqda karbon qazı ayrılır.
51. Natrium sulfidə xlorid turşusu ilə təsir
etdikdə hansı qaz ayrılır? Onun iyi necədir?
Cavab: Ayrılan qaz hidrogen sulfiddir. O, lax yumurta
iyi verir.
52. Birinci dünya müharibəsində hansı
qaz kimyəvi silah kimi istifadə olunmuşdur?
Cavab: Xlor.
53. Hansı maddə yanmasa da si ulə
söndürülür? Söndürmə zamanı hansı maddə əmələ gəlir?
Cavab: Kalsium oksid – sönməmiş əhəng. Su ilə onu söndürdükdə
kalsium hidroksid – sönmüş əhəng alınır.
54. Dəniz kələmi hansı elemetn ilə zəngindir
və onun insan organizimində çatışmazlığı qalxanabənzər vəzin xəstəliyinə səbəb
olur?
Cavab: Yod.
55. Hansı metal bakterisid xassəsinə
malikdir?
Cavab: Gümüş.
56. Nitratlar xiyarın ən çox hansı hissəsində
olur?
Cavab: Nitratlar xiyarın ən çox qabığında olur.
57. Yerdə kimyəvi təmiz dəmir rast gəlirmi?
Əgər cavab müsbətdirsə onun mənşəyi nədir?
Cavab: Yerdə kimyəvi dəmir rast gəlir. Bu, metiorit mənşəlidir.
58. Sümük qırıldıqda sarğı qoymaq üçün
tibbdə istifadə olunan kimyəvi maddənin adı nədir?
Cavab: Gips.
59. Veneranın atmosferinin əsasını hansı
qaz təşkil edir və Yerdə meyvə şirəsi almaq üçün istifadə olunur?
Cavab: Karbon qazı.
60. Fransız aşbaz F.Apper XX əsrin əvvəlində
öz peşəkar fəaliyyəti ilə əlaqədar olan hansı kəşvi etmişdir?
Cavab:
O, qida məhsullarının konservləşdirilməsi üsulunu kəşv etmişdir.
61. Qızılın hansı xassəsi Arximedə kömək
etdi ki, saray zərgərlərinin tacı düzəldərkən qızılın bir hissəsini gümüş ilə əvəz
etmələrinin üstünü açsın?
Cavab: Qızıl ağır metallardan biri olub, yüksək
sıxlıqlı maddədir. O, 19,3 dəfə sudan ağırdır. Arximed tacı çəkmiş, sonra onu
suya salaraq sıxışdırılıb çıxarılmış suyun həcmini hesablamışdır. Tacın kütləsini
həmin həcmə bölərək sıxlığın 19,3-dən az olan qiymətini almışdır. Bu, o demək
idi ki, zərgərlər qırılan bir hissəsini başqa, daha yüngül metal ilə-gümüşlə əvəz
etmişlər. Gümüşün sıxlığı sudan 10,5 dəfə çoxdur. Arximed biri qızıldan və biri gümüşdən ibarət olan iki külçə
hazırlamışdı. Sıxışdırılıb çıxarılan suların həcminə görə Arximed hesablamışdı
ki, zərgərlər nə qədər qızılı gümüş ilə əvəz etmişlər.
62. Hansı elementi həyat və ölüm
elementi adlandırmaq olar?
Cavab: Azot. Onu ona görə həyat elementi
adlandırırlar ki, Yer üzündə həyatın daşıyıcısı olan zülalların tərkibinə
daxildir. Ona görə azotu ölüm elementi adlandırırlar ki, o əksər partlayıcı
maddələrin (ammoniak, trinitrotoluol və s.) tərkibinə daxildir.
63. Hansı turşunu həkimlər dezinfikasiya
üçün, kimyaçılar isə şüşə hazırlamaq üçün istifadə edirlər?
Cavab: Borat turşusunu.
64. Yay vaxtı südü müəyyən müddətə
qıcqırmadan necə qorumaq olar?
Cavab: İçərisində süd olan qab içərisində su olan ləyənə
qoyulur və salfetka ilə elə sürtülür ki, salfetkanın ücları suya toxunsun.
Buxarlanma prosesi endatermik prosesidir, olur ki, qabdakı süd soyuyacaqdır.
65. Hansı planet qırmızı planet adlanır
və nə üçün?
Cavab: Mars planeti qırmızı planet adlanır. Çünki
onun səthində dəmir oksidlərinə malik hissəciklər var.
66. Nə üçün Ölü dənizdə batmaq olmaz?
Cavab: Suda çoxlu duzlar həll olmuşdur və odur ki, bu
dənizin suyu böyük sıxlığa malikdir. İnsan belə suyun səthində üzana bilir və
batmır.
67. Nə üçün hidrogen ekoloji təmiz
yanacaq adlandırılır?
Cavab: Onun yanması zamanı yalnız su əmələ gəlir.
68. Kimyəvi yolla mərməri toz halına necə
salmaq olar?
Cavab: Mərmərə xlorid turşusu ilə təsir adilir və
alınan qaz (karbon qazı) kalsium hidroksid məhlulundan buraxılır. Alınan
çöküntü mərmər ilə eyni tərkibə malikdir.
69. Dəniz suyunun acı olmasının səbəbi nədir?
Cavab: Dəniz suyunda olan maqnezium duzları ona acılıq
verir.
70. Qarşqa çaldıqda onun çaldığı yer
ağrıyır, cünki dəriyə güclü qarışqa turşusu düşür. Ağrını kəsmək üçün nə etmək
lazımdır?
Cavab: Qarışqa çaldığı yerə naşatır spirti sürtmək
lazımdır. Naşatır spirti qələvidir və turşunu neytralaşdırır.
71. Hansı maddə qədimdə qızıl kimi qiymətlədirilirdi?
Cavab: Xörək duzu.
72. Əşyanın üzərində güzgü kimi təbəqə əmələ
gətirən hansı metal poladın korroziyadan müdafiəsi üçün istifadə olunur?
Cavab: Nikel.
73. Üçan şarlar (dirijablla,
stratastatlar) nə ilə doldurulur?
Cavab: Helium ilə.
74. Konserv bankaları nədən hazırlanır?
Cavab: Ağ jestdən.
75. Sizə məlum olan, havanın tərkibinə
daxil olan, zəhərli olmayan , amma onların atmosferlərində insanlar və
heyvanlqar ölən qazlar hansılardır?
Cavab: Azot, karbon qazı, təsirsiz qazlar.
76. Hidrogen metallik halda ola bilərmi?
Cavab: Metallik hidrogen alınmışdır, amma o, olduqca
böyük təzyiq altında mövcüd olur.
77. Helium havası nədir? O, harda
istifadə olunur?
Cavab: Azotun hamısı və ya çox hissəsi helium ilə əvəz
olunmuş hava helium havası adlanır. Helium havası üç dəfə yüngüldür, odur ki,
onunla nəfəs almaq adi hava ilə nəfəs almaqdan olduqca asandır. Onu nəfəs
orgaanların xəstəlikləri zamanı istifadə edirlər. Helium azotdan fərgli olaraq
praktiki olaraq qanda həll olmur. Odur ki, kesson xəstəliyinin səbəbi ola bilər.
Ondan dalğıcların nəfəs alması üçün istifadə olunur.
78. Bataqlıqda belə hadisə müşahidə etmək
olar: sakit dayanmış su hövzəsinin dibindən qaz qabaqcıqları çıxır və səssiz
yox olur. Bu nədir?
Cavab: Bu dibdəki lilin altında altından çıxan
metandır- bataqlıq qazı. O, bitki çöküntülərinin çürüməsi zamanı əmələ gəlir.
79. Hansı səbəbdən su alovu söndürür?
Cavab: Birinci, su yanan əşyaya hava oksigenin daxil
olmasının qarşısını alır, ikincisi, odda buxarlanaraq çoxlu istilik udur, odur
ki yanan əşyanın temperaturu o qədər aşağı düşür ki, onun yanması davam edə
bilmir.
80. Mirvari nədən ibarətdir?
Cavab: Mirvari kalsium karbonatdan (86-90%), üzvi
maddələrdən (6-12%) və sudan ibarətdir.
81. Hansı metal insan əlinin
temperaturunda əriyir?
Cavab: Serium insan əlinin temperaturunda əriyir.
82. Baş beyinin hüceyrələrinin zəhərlənməsinə
səbəb olan ağır metal hansıdır?
Cavab: Qurğuşun
83. Tibbdə qanaxmanın qarşısını almaq
üçün istifadə olunan maddənin adını deyin və kimyəvi formulunu yazın
Cavab: Hidrogen peroksid H2O2.
84. Qızılı digər metallardan, məsələn, məsələn
mis və gümüşdən necə ayırmaq olar?
Cavab: Mis və gümüş nitrat turşusunda həll olur,
qızıl isə yox
85.Hansı "araqda” qızıl həll olur?
Bu "araq”necə hazırlanır?
Cavab: Qızıl "çar arağında” həll
olur. Ehtiyatla üç həcm qatı xlorid turşusu bir həcm qatı nitrat turşusunda həll
edilməklə "çar arağı” hazırlanır.
86. Hansı suda xörək duzu yaxşı həll
olur: soyuq və ya qaynar suda?
Cavab: Praktiki olaraq soyuq və qaynar suda natrium
xloridin həll olması eynidir. Xörək duzunun suda həll olması praktiki olaraq
temperaturdan asılı deyil.
87. Kalsium karbid necə alınır?
Cavab: Sönməmiş əhəngi (kalsium oksidi) kömür ilə
birgə közərtməklə
88. Nə üçün barmaq soyuq dəmirə donub
yapışır?
Cavab: Metal böyük istiikkeçirməyə malik olduğundan dəridə
olan nəm barmaq soyuq metala toxunduqda donduğundn barmaq donaraq soyuq metala
yapışır.
89. İndi həmin metal geniş istifadə
olunur. Amma 1855-ci ildə Ümumdünya sərgisində zərgərlik əşyalrı üçün material
kimi nümayiş etdirmişdilər və qızıldan bah qiymətləndirilirdi. Bu hansı
metaldır?
Cavab: Alüminium.
90. Kömürün yanma məhsullarından buz
almaq olarmı?
Cavab: Bəli. Kömürün yanma məhsullarından karbon
dioksid ayrılır və xüsusi şəraitdə "quru buz”a çevrilir.
91. Hansı maddə bərkliyinə görə almaza
yaxınlaşır?
Cavab: Borazon-bornitrid
92. məlumdur ki, kalium ionları canlı
hüceyrənin daxilində, natrium ionları hüceyrələrarası fazada yerləşir. Nə üçün
duzlu qida qəbul etdikdən sonra su içmək istəyinin səbəbini izah edin.
Cavab:
Natrium ionları kalium ionlarına nəzərən daha tez hidratlaşır və natrium
ionlarını qatılığı artdıqda su hüceyrədən hüceyrələrarası fazaya keçir. Hüceyrə
həcmcə kiçilir, reflektor olaraq yanğı hissi yaranır.
93. Naşatır və Naşatır spirti nə ilə fərqlənir?
Cavab: Naşatır duzdur (Ammonium xlorid). Naşatır
spirti qələvidir, ammoniakın suda məhluludur.
94. Hansı maddə yer səthinin 2/3 –ni
örtür?
Cavab: Su.
95. Fotosintez prosesində əmələ gələn və
nəfəsalmanı, yanmanı, çürüməni təmin edən qaz hansıdır?
Cavab:
Oksigen.
96. Çay qumunun kimyəvi formulu necədir?
Cavab:
SiO2.
97. Közərmiş dəmir parçasını hərəkət etdirmək
üçün elektromaqnitdən istifadə etmək olmaz. Nə üçün?
Cavab: Cünki 800ºC-əqədər qızdırılmış dəmir tamamilə
maqnitlənmir.
98. Atmosferin yuxarı təbəqələrində
olan, yer səthinin bəzi səthlərində
ozonun az miqdarda olduğu fəza necə adlanır?
Cavab: Ozon dəliyi.
99. Hansı metal ionu olmadan xlorofill əmələ
gələ bilməz?
Cavab: Maqnezium ionu olmadan.
100. Soyuq suda yanan metal hansıdır?
Cavab: Kalium.
101. Praktikada tökülmüş civəni məhv etmək
üçün hansı qeyri-metal istifadə olunur?
Cavab: Kükürd.
102. Hansı alim və hansı ildə müəyyən
etmişdir ki, atomun nüvəsinin yükü (şərtli vahidlərlə) ədədi qiymətcə elementin
D.İ.Mendeleyevin elementlərinin dövri sistemində atom nömrəsinə malikdir?
Cavab: İngilis fiziki Q.Mozli 1914-cü ildə.