Meyoz bölünmə
Bitki, heyvan və göbələklərdə baş verən cinsi çoxalma prosesində cinsiyyət hüceyrələri adlanan xüsusi hüceyrələr - qametlər yaranır. Hüceyrənin qametlər yaranması ilə nəticələnən bölünmə tipi meyoz bölünmə ( yun. meyozis - azalma ) adlanır. Mitozdan fərqli olaraq meyozda xromosomların sayı, həmçinin DNT - nin miqdarı iki dəfə - yəni diploid yığımdan ( 2n )haploid ( n ) qədər azlır. Burada da hüceyrə mitozda olduğu kimi bölünmədən əvvəl interfaza mərhələsi keçirir.
İnterfaza. Bu mərhələdə də hüceyrə həcmcə böyüyür, onun bəzi orqanoidləri çoxalır və DNT - si ikiləşir. Mitozdan fərqli olaraq DNT - nin ikiləşməsi profazada da meəyyən müddətə qədər davam edir. İkiləşmə nəticəsində ikixromatidli xromosomlar yaranır. Meyoz bölünmə bir - birinin ardınca davam edən və hər biri mitozdakı kimi 4 fazadan ibarət iki bölünmədir.
Meyozun birinci bölünməsi. Meyozun birinci profazası. Birinci profazada xromosomlar spiral şəklində burularaq qısalır, yoğunlaşır və işlq mikroskopunda yaxşı görünür. Həmin dövürdə özünəməxsus forma və ölçülü, quruluşca bir- birinə oxşar xromosomlar homoloji cütlər yaradaraq bir- birinə yaxınlaşır. Belə homoloji cüt yaradan xromosomlar quruluşlarına, gen sahələrinə və genin yerləşmə yerlərinə görə bir - birinin tam oxşarı olurlar. Oxşar xromosomların bir- birinə yaxınlaşması konyuqasi adlanır. Bu cür oxşarlıq olmadıqda isə, xromosomlar arasında konyuqasiya baş vermir. Meyozun gedişinin bu cür pozulması adətən dölsüzlüklə nəticələnir. Konyuqasiyaya girən homoloji xromosomlar arasında bir çox hallarda gen mübadiləsi baş verir və nəticədə, genlərin yeni kombinasiyası yaranır. Belə mübadilə prosesi xromosom çarpazlaşması və ya krossinqover adlanır ( konyuqasiya zamanı krossinqover getməyə də bilər). Konyuqasiyadan sonra homoloji xromosomlar bir - birindən ayrılırlar. Ayrılma tam başa çatdıqdan sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi əriyir və nüvəcik itir. Xromosomlar sərbəst halda sitoplazmada yerləşirlər.
Meyozun birinci metafazası. Metafazada xromosomların ikixromatidli olmaları aydın nəzərə çarpır. Xromatidlər hər bir xromosomda yalnız sentromer hissə ilə bir - biri ilə birləşmiş vəziyyətdə olur. Metafazada ikixromatidli homoloji xromosomlar hüceyrənin ekvator boyunca cüt - cüt düzülərək metafaza lövhəsi əmələ gətirir. Bu dövrdə bölünmə vətərləri tam surətdə formalaşır. Mitozdan fərqli olaraq homoloji xromosomun hər birinin sentromerinə yalnız bir qütbdən olan bölünmə vətəri birləşir.
Meyozun birinci anafazası. Mitozdan fərqli olaraq qütblərə xromatidlər deyil, ikixromatidli tam xromosomlar çəkilirlər. Bunun nəticəsi olaraq hüceyrənin qütblərinə hər homoloji cütdən yalnız bir xromosom çəkilir və bu səbəbdən birinci anafaza mərhələsində xromosomların sayı dəyişmir.
Meyozun birinci telofazası. Telofazada ana hüceyrədən haploid xromosom yığımına malik iki qız hüceyrə yaranır ( bəzi hallarda bu mərhələ olmur ).
Meyozun birinci mərhələsində qız hüceyrələrda xromosomların sayı iki dəfə azaldığından, buna reduksiyon bölünmə deyilir.
Meyozun ikinci bölünməsi. Birinci bölünmədən sonra həmin fazalara malik ikinci bölünmə başlayır. Bu bölünmə gedişinə görə mitozdan fərqlənmir. Birinci və ikinci bölünmə arasında interfaza çox qısa olur, lakin DNT ikiləşmir ( çünki hər bir xromosom hələ birinci bölünmədən əvvəl ikiləşmişdi ). Bundan sonra ikinci bölünmənin profazası başlayır.
Meyozun ikinci profazası. Adətən çox qısa müddət davam edir. Xromosomlar aydın görünür və sitoplazmada sərbəst halda yerləşirlər. Bölünmə vətərləri yaranmağa başlayır.
Meyozun ikinci metafazası. İkixromatidli xromosomlar hüceyrənin ekvatoru boyunca düzülərək metafaza lövhəsini əmələ gətirirlər. Bu dövrdə mitozda olduğu kimi onların sentromerinə hər qütbdən bir vətər teli, yəni hər sentromerə iki vətər birləşir.
Meyozun ikinci anafazası. Mitozdakı kimi qütblərə xromosomun yarısı, yəni xromatid çəkilir.
Meyozun ikinci telofazası. Qütblərə çəkilən birxromatidli xromosomlar sap şəklində nazikləşir, işıq mikroskopu altında görünməz olur. Onlar nüvə qılafı görünməz olur. Onlar nüvə qılafı ilə əhatələnir, nüvəcik əmələ gəlir. Hüceyrənin sitoplazması ikiyə bölünür. Beləliklə, meyozda son nəticədə bir diploid ana hüceyrədən 4 ədəd haploid qız hüceyrə əmələ gəlir.
Meyozun bioloji əhəmiyyəti. Meyoz prosesində xromosomların sayı ikiqat azalır. Əgər belə azalma baş verməsəydi, onda hər bir sonrakl nəsildə spermatozoid və yumurtahüceyrələrin nüvələrinin birləşməsi sayəsində xromosom yığımı sonsuz sayda arta bilər. Meyoz prosesi nəticəsində yetkin cinsi hüceyrələr haploid xromosom yığımına malik olurlar. Mayalanma nəticəsində isə hər bir növ üçün səciyyəvi olan diploid ( 2n ) yığımı bərpa olunur.
Mitoz və meyoz bölünmədə xromosom və DNT - dəki dəyişikliklər

Mitoz və meyozun müqayisəsi
Mərhələlər
|
Mitoz
|
Meyoz
|
İnterfaza
|
Zülallar,
ATF və
başqa üzvi maddələr sintez olunur. Xromosomlar ikiləşir
|
Proseslər
mitozda olduğu kimi gedir, lakin
uzunmüddətli olur ( xüsusilə yumurtahüceyrənin əmələ gəlməsində )
|
Profaza
|
Uzunmüddətlidir,
xromosomlar spirallaşır, nüvə membranı
itir, nüvəcik dağılır, vətər telləri
əmələ gəlir.
|
Uzunmüddətlidir.
Mitozdakı proseslər gedir. Lakin
xromosomlar konyuqasiya edir. genetik məlumatlar mübadilə olunur. Sonra xromosomlar ayrılır.
|
Metafaza
|
Xromosomların spirallaşması davam edir, onların
sentromerləri ekvator boyunca düzülür.
|
Eyni
ilə mitozdakı rposeslər gedir.
|
Anafaza
|
Sentromerlər
qız xromotidlərə birləşir və ayrılır.
Onlar yeni xromosomlara çevrilir və əks
qütblərə çəkilir.
|
Sentromerlər bölünmür.
Əks qütblərə iki xromatidli homoloji xromosomlardan biri çəkilir.
|
Telofaza
|
Sitoplazma
bölünür, diploid xromosoma malik olan
iki qız hüceyrə
əmələ gəlir. Bölünmə vətəri
itir, nüvəcik bərpa olunur.
|
Uzun müddət
davam etmir. Haploid yığımlı homoloji
xromosomlar müxtəlif hüceyrələrə düşür. Sitoplazma bölünür və 4 yeni hüceyrə
əmələ gəlir
|
Yorumlar
Yorum Gönder