“Mifik” elementlər
Niobium və
tantal. 1801-ci
ildə ingilis kimyaçısı Çarlz Xatçet (1765-1847), hələ 1635-ci ildə ABŞ-ın
müasir Massaçu sets ştatının ərazisində tapılmış və Britaniya muzeyində
saxlanılan qara mineralı analiz etmişdir. Xatçet aşkar etmişdir ki, mineralda
naməlum elementin oksidi var. Bu element mineral tapıldığı ölkənin
şərəfinə “kolumbi” adlandırılmışdı
(o vaxta qədər ABŞ qitəni kəşv edən adamın şərəfinə Kolumbi adlanırdı).
Mineral isə kolumbit adlandırılırdı.
1802-ci ildə isveç kimyaçısı və mineroloqu
Avqust Qastav Ekeberq (1767-1813) kolumbitdən daha bir oksid ayırdı və bu oksid
heç bir turşuda həll olmaq istəmirdi. O zamanın kimyasında “söz sahibi” olan
Berselius bu oksiddə olan metalı tantal adlandırmağı
təklif etdi. Tantal qədim
yunan əsatirlərinin qəhrəmanıdır, günahlarına görə o, boğazına qədər olan suya
salınmışdı və başı üzərində meyvələr olan qanadlar sallanırdı, amma, o nə su
içə bilirdi, nə də meyvə yeyə bilirdi. Analoji olaraq tantal da turşu ilə “doya
bilmirdi”, o, suyun Tantaldan qaçdığı kimi ondan qaçırdı. Xassələrinə görə bu
element kolumbiyə o
qədər oxşar idi ki, uzun müddət mübahisə gedirdi ki, kolumbi və tantal eyni
elementdir və ya ayrı-ayrı elementlərdir. Yalnız 1845-ci ildə alman kimyaçısı
Henrix Roze (1795-1864) bir neçə mineralları analiz edərək mübahisəni aradan
qaldırır. O, müəyyən edir ki, həqiqətdə xassələrinə görə yaxın olan iki element
mövcuddur. Xatçet kolumbisi onların qarışığından ibarət idi və kolumbitin
formulu (daha dəqiq manqano kolumbit) (Fe, Mn)(Nb, Ta)2O6formulunu
aldı. İkinci elementi Roze niobium adlandırdı, Tantalın qızı Niobinin şərəfinə.
Lakin simvol Cb XX əsrin ortalarına qədər amerikanın kimyəvi elementlərin
cədvəllərində qaldı: o cədvəllərdə o, niobiumun yerində dururdu. Unutmayaq ki,
Xatçetin adı xatçit mineralının AgTlPbAs2S5 adında
əbədiləşib.
Kobalt. XV əsrdə Saksoniyada zəngin gümüş filizləri arasında
polad kimi parıldayan, ağ və ya boz kristalları aşkar etdilər və onlardan metal
əritmək mümkün olmurdu; gümüş və mis filizlərində onların əlavə kimi olması da
bu metalların əridilməsinə mane olurdu. “Pis” filiz şaxtaçılar tərəfindən dağ
ruhu Kobaldın adını aldı. Görünür ki, bu, arsenə malik kobalt mineralları
idi: cobaltin CoAsS,
skutterudit CoAs (Norveçdə yer adı ilə adlandırılıb), safflorit CoAs2 (göy
kobalt boyası safranın adı ilə adlandırılıb) və ya smaltin (skutteruditin şəkil
dəyişməsidir, tünd rəngli smalt boyalarının hazırlanmasında istifadə olunur). Onlar
yandırıldıqda uçucu, zəhərli arsen oksidi ayrılır. Ehtimal ki, pis ruh adı orta
əsrlər alman sözü kobalt
– “damdabaca”, kobe – “koma” və holde – “ruh” sözlərinə gedib
çıxır. 1735-ci ildə isveç kimyaçısı və mineroloqu Qeorq Brand
(1694-1768) bu mineraldan əvvəllər məlum olmayan metalı ayıra bilmişdir və
onu kobalt adlandırmışdır.
O, həmçinin aydınlaşdırmışdır ki, məhz bu elementin birləşmələri şüşəni göy
rəngə boyayır – bu xassədən hələ qədimdə Assuriyada və Vavilonda istifadə
olunurdu.
Nikel. Adın mənşəyi kobaltın tarixi ilə oxşardır. Orta əsrlər
mədənçiləri pis dağ ruhunu Nikel, kupfernikel (Kupfernickel) – “şeytan misi”, “saxta misi” adlandırırdılar.
Bu, xarici görünüşcə mis filizinə oxşayırdı və şüşə əritmədə şüşəni yaşıl rəngə
boyamaq üçün istifadə olunurdu. Amma, heç kim ondan mis ala bilmirdi. Bu
filiz-nikelinin mis-qırmızı kristalları (qırmızı nikel kolçedanı NiAs) 1751-ci
ildə isveç mineroloqu Aksel Fredrik Kronstedt (1722-1765) tədqiq etmiş, ondan
yeni mineral ayırmış və ona nikel adı
vermişdir. Nə vaxtsa (məsələn, Brokqauz və Efronun ensiklopedik
lüğətində) “nikkel” yazılmışdı, alman Nickel şablonuna
uyğun olaraq ABŞ-da nickel sözü
ilə ənənəvi olaraq 5 sentlik metal pullar adlandırılır, baxmayaraq ki, onun
tərkibində cəmi 25% nikel var (qalanı misdir).
Prometium. Bu element neodim və samazium arasında yerləşməli olan
nadir torpaq elementinin axatarışlarında müxtəlif minerallarda dəfələrlə kəşv
olunub. Və İllionoysk
Universitetinin şərəfinə illinium, Florentiya Universitetinin şərəfinə
florensium, siklotronda yeni element almağa cəhd nəticəsində alındığından
siklonium adlandırılmışdır. Amma bu kəşvlər təsdiq
olunmamışdır. Lantanoidlər zəncirində çatışmayan manqa ilk dəfə olaraq 1947-ci
ildə amerika tədqiqatçıları Ceykob Marinski, Lourens Olepdenin və Çarlz Koriell
uranın nüvə reaktorunda parçalanma məhsullarını xromatoqrafik ayırarkən aşkar
etmişlər. Təbii elementin axtarışlarının uğursuzluğu aydın oldu: prometiumun
izotoplarının hamısı nibətən az yaşam müddətli radioaktiv izotoplardır.
Koriellin arvadı təklif edir ki, bu elementə allahlardan odu oğurlayaraq
insanlara verən Prometeyin adı verilsin. Bununla nüvə “odunda” dəhşətli güc
olması qeyd edilmişdir.
Kadmium. Bu element 1818-ci ildə alman kimyaçısı və
əczaçısı Fridrix Ştromer (1776-1835) tərəfindən fabrikdə əczaçılıq preparatları
hazırlanan sink karbonatda kəşv olunmuşdur (indi də sink oksid müxtəlif
prisipkalarda, mazlarda və pastalarda büzücü antiseptik maddə kimi istifadə
olunur). Lakin apteki yoxlayarkən vilayət həkimi şübhələnir ki, preparatlarda
zəhərli arsen var: sink oksidin xlorid turşusunda məhlulundan hidrogen
sulfid buraxdıqda ağ ZnS çöküntüsü yox, arsenin verdiyi sulfidə çox oxşayan
çöküntü əmələ gəlir. Preperatların satışına qadağa qoyulur. Onda fabrikin
sahibi sərbəst tədqiqatlar aparır və belə nəticəyə gəlir ki, sarı
çöküntünü arsen yox, məlum olmayan element əmələ gətirir. Bu nəticəni
Qettingen Universitetinin professoru Ştromeyer təsdiq edir və yeni elementə ad
verir. Qədim zamanlardan karbonatlı sink filizləri yunan sözü kadmeia ilə
adlandırılırdı. Ad mifik Kadmuya gedib
çıxır. Kadmu yunan mifalogiyası qəhrəmanıdır, “Kadmey torpağının” çarı
Avropanın qardaşıdır, o, bu torpaqda Fivin əsasını qoyandır, əjdahaya qalib
gələndir. Guya Kadm birinci
olaraq sink mineralını tapıb, mis və sinkin filizlərini birgə əritdikdə misin
rənginin dəyişməsi qabiliyyətini insanlara bildirib (misin sink ilə ərintisi –
latun). Kadma adı semit “Kadem” – “Şərq” sözünə gedib çıxır.
Titan. Hesab edilir ki, bu elementi alman kimyaçısı
Martin Henrix Klaprot (1743-1817) 1795-ci ildə rutil mineralında naməlum
metalın oksidi şəklində kəşv etmişdir. Bu metalı o, titan adlandırmışdır
(özünün əvvəllər kəşv etdiyi urana analoji olaraq). Titanlar qədim yunan
mifalogiyasında allahların – olimpiyaçıların mübarizə apardıqları nəhənglər
idi. Tezliklə aydınlaşdı ki, ingilis kimyaçısı və meneraloqu Uilyam Qreqor
(1761-1817) analoji oksidi daha əvvəl 1791-ci ildə aşkar etmişdir. Qreqor bu
okisdi ilmenit mineralından ayırmışdı və onu menakin adlandırmışdı. Məlum olmuşdur
ki, rutil də, menakin də titan dioksiddir TiO2. ilmenit isə dəmir
titanatdır FeTiO3.
Bunu qeyd etmək lazımdır ki, rutil mineralı adını
latın rutilis –
“qızılı qırmızı” (ruber isə – tünd qırmızı sözündən alıb).
Deməli rubil və rubin etimoloji “qohumdurlar”. Təmiz titan dioksidin
kristalları rəngsizdirlər, bu maddənin toru isə ağ rəngə malikdir, bundan əlavə
ondan titan belili hazırlanır. Amma, rutilin gözəl təbii kristalları çox vaxt
əlavələrlə qızılı-sarı və ya qan-qırmızı rəngə boyanmış olur və metal
parıltısına malikdir. İlmenit mineralı
isə ilk dəfə olaraq Cənubi Uralda, ilmen dağlarında aşkar olunub və buradan da
öz adını alıb.
Torium. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən
göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu
elementi qədim skandinav allah – ildırım saçan Tora şərəfinə torium adlandırır.
Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan
digər mineralda səhv olaraq “kəşv edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi
ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama”
1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium
fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium
slikat idi.
ThSiO4. Torium radioaktivdir; onu yarım parçalanma dövrü
14 milyard ildir, parçalanmanın son məhsulu qurğuşundur. Torium mineralında
qurğuşunun miqdarına görə onun yaşını müəyyən etmək olar. Virciniya ştatında
tapılan menerallardan birinin yaşı 1,2 milyard ildir.
Tellur və selen. Tellur
1782-ci ildə qızıla malik flizdə macar dağ mühəndisi Ferens Yojef Müller (sonra
baron fon Rayxenşteyn adı almışdı) (1740-1825) kəşf etmişdir. “Tellur” adı
(roma qidalandırıcı torpaq ilahəsi Tellusun şərəfinə) 1798-ci ildə M.Q. Klaprot
tərəfindən təklif olunmuşdur.
Seleni 1817-ci ildə Y.Y.Berselius kəşf etmişdi; o, bu
elementi sulfat turşusundan qırmızı-qəhvəyi çöküntüdən ayırmışdır (selen
kükürdün analoqudur). Yeni element tellura oxşar idi və analogiya üzrə
Berselius onu selen adlandırmışdır: təbiətdə selen tellurun sputnikidir, Ay
Yerin sputniki olduğu kimi Yunan mifologiyasında ayın təcəssümü Qeliosun bacısı
Selendir.
Serium və palladium. 1801-ci ildə italiya astronomu Cuzeppe Piassi
(1746-1826) Günəş sisteminin ilk kiçik planeti (asteroid) kəşf edir ki, bu
planetin orbitini məşhur alman riyaziyyatçısı Karl Fridrix Qauss (1777-1855)
hesablamışdır. Asteroid roma məhsul ilahəsi Sereronun şərəfinə adlandırılır
(Yunanıstanda bu ilahə Demetro adlandırılırdı).
1802-ci ildə alman astronomu Henrix Vilhelm Olbers
(1759-1840) Günəş sistemində yeni kiçik planeti (asteroid) kəşf etdi və qədim
yunan müdriklik ilahəsi Afin Palladın şərəfinə Pallad adlandırdı. 1804-cü ildə
London Kral cəmiyyətinin katibi Uilyam Xayd Uollaston (Vollaston, 1766-1828)
xam platində yeni metal aşkar etdi və iki il öncə kəşf olunmuş asteroidin
şərəfinə palladium adlandırdı.
Uran, Neptunium,
Plutonium. Çox-çox
əvvəllər alman filiz axtaranları gümüş filiz çıxıntılarında qətran parıltılı
qara filiz aşkar etmişdilər. Ondan heç bir metal əritmək mümkün olmamışdır və
onu Pechblende adlandırmışdılar, Pech – “qətran” və blenden –“göz
qamaşdırmaq” sözlərindəndir. Bu ad digər dillərdə də bu
mineral üçün saxlanılmışdır: rus dilində yalançı qətran, ingiliscə pitchblende, fransız
dilində blende de poix
və s. Geoloqlar bu mineralı nasturan adlandırırlar, yunan nastos – “sıxlaşmış” sözündəndir.
Tərkibcə o, U3O8 oksid tərkibinə
yaxındır.
1781-ci ildə ingilis astronomu Uilyam Qerşel (1738-1822) yeni
planet kəşf etdi və onu Uran adlandırdı – qədim yunan səma allahı Uranın
şərəfinə (Zevsin babası). 1789-cu ildə M.Q.Klaprot yalançı qətrandan qara ağır
maddə ayırdı ki, o, bunu metal hesab etdi və əlkimyaçıların ənənəsinə uyğun
olaraq onu yeni kəşf olunmuş planet ilə “əlaqələndirdi”. Yalançı qətranı isə
uran qətranı adlandırdı (məhz bu maddə ilə Küri ər-arvad tədqiqat aparmışdı).
Yalnız 1841-ci ildə aydın oldu ki, Klaprot uranın özünü yox, onun qara oksidini
UO2 alıb.
1846-cı
idə astronomlar bundan bir az əvvəl məcazi mənada “aldatmaq”.
Fransız astronomu Urben Jan Jozef Laverenin (1811-1877) əvvəldən
söylədiyi yeni planeti astronomlar kəşf etdilər. Onu Neptun adlandırdılar
– qədim roma sualtı qarlıq allahının şərəfinə. 1850-ci ildə ABŞ-dan Avropaya
gətirilmiş mineralda hesab etdikləri kimi aşkar etdikləri metalı astronomların
yeni kəşf etdikləri planetin adının təsiri ilə neptunium adlandırmağı təklif
etdilər lakin, tezliklə aydın oldu ki, bu artıq əvvəl kəşf olunmuş niobiumdur.
“Neptunium” haqqında demək olar ki, bütöv yüz il unutdular, ta 1940-cı ildə
amerika fizikləri E.M. Makmillan və F.X. Abeslon uranı neytronlarla
şüalandırdıqda alınan məhsullarda yeni elementi kəşf edənə qədər. Və Günəş
sistemində Urandan sonra Neptun gəldiyi kimi elementlərin cədvəlində urandan
(№92) sonra neptunium gəldi (№93).
Amerika
astronomu Persival Lovell (Louell, 1855-1916) əvvəlcədən mövcud olduğunu
söylədiyi Günəş sisteminin doqquzuncu planeti 1930-cu ildə kəşf olundu. Onu
Pluton adlandırdılar. Odur ki, neptuniumdan sonrakı elementi plutonium
adlandırmaq məntiqi idi; o, 1940-cı ildə uranı deyterium nüvələri ilə bombalama
nəticəsində almışdı. Yeri gəlmişkən, 2006-cı ilin avqustunda Pluton kiçik
ölçüləri olması və onun orbitinin xüsusiliyi səbəbindən astronomlar tərəfindən
planetlər sırasından çıxarılıb.