“Əlkimya” elementləri
Hesab
edilir ki, XIII-XVI əsrlərdə əlkimyaçılar öz axtarışlarında beş yeni elementi
kəşf etmişlər (doğrudur, onların elementarlığı daha çox sonralar sübut olunub)
–fosfor, arsen stibium, bismut və sink. Qəribə təsadüf – bu beş elementdən
dördü eyni qrupda yerləşir. Əgər nəzərə alsaq ki, sinkin kəşfi əslində yenidən
kəşfdir (metallik sink hələ Qədim Hindistan və Romada əridilirdi), onda belə
alınır ki, əlkimyaçılar yalnız beşinci qrupun elementlərini kəşf ediblər.
Sink. Rus dilinə metalın adını Mixail
Vasilyeviç Lomonosov (1711-1765) alman dilindəki zink sözündən
yaradaraq daxil edib. Metalın
almanca adı ehtimal ki, qədim alman tinka
– “ağ” sözündəndir. Həqiqətən ən geniş yayılmış sink preparatı
– ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca
adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə,
qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman
dilində oxşar sözlər var: zinne
– “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit
(əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin
xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir).
Fosfor. 1669-cu ildə Hamburq əlkimyaçısı Xenniq Brand
(təxminən 1630-1710-cu ildən sonra) fosforun ağ modifikasiyasını kəşf etdikdə
o, bu fosforun qaranlıqda işıq saçmasından heyrətlənmişdir ( əslində fosfor özü
yox, onun buxarları havada oksidləşməsi zamanı). Brand yeni maddəni fosfor
adlandırdı. Yunanlar phosphoros (hərfi
mənada “işıq daşıyan”) sözü ilə məşəl daşıyanı adlandırırdılar; onlar həmçinin
günəşin çıxmasından xəbər verən itmiş Veneranı da belə adlandıra bilərdilər.
“İşıq” yunanca phos deməkdir,
“foton”, “fotoqrafiya” və başqaları da buradandır; phoros isə –
“daşıyan” deməkdir. Beləliklə, “svetofor” (işıqfor) və “fosfor” mahiyyətcə
eynidir. Qəribədir ki, əgər “svetofor” (işıqfor) latın dilinə tərcümə olunsa,
onda lütsifer (latınca lucifer -
işıq daşıyan) alınar. Biolüminessensiyada canlı orqanizmlərin işıq saçmasında
iştirak edən üzvi maddələrin lütsiferinlər adı
da buradandır. Biologiyada isə “sarı
lütsifer” adı altında fluoressent boyaq istifadə olunur.
Arsen. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki,
siçanları (rusca mış)
zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı
rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca
adı (Arsenicum) yunan
sözü arsenikona (fars
mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq
qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar.
Dalın lüğətində bu mineral avripiqment
adlandırılıb (latın auripigmentun sözünün
köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona
çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı”
adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı
şəklində rast gəlir; onun adı ərəb sözü raxc
əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu”
deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr
şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını
almışdır (tərkibin sabitliyi qanunu kəşv etmiş fransız kimyaçısı Jozef Lui
Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn,
çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As –
İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır
(yunanca kakodes –
“iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha
çox məlumdur. Qəribədir ki, bu maddə Kade mayesi adlanır – fransız kimyaçısı və
farmasefti, Sevrsk farfor zavodunun direktoru Lui Klod Kade de Qassikurun
(1731-1789) şərəfinə Kalium asetatı arsen (III) oksid ilə birgə qovaraq o, ilk
dəfə olaraq bu, arsen üzvi birləşməni mənfur iyli, tüstülənən maye şəklində
almışdır. Dəri yaralarını zəhərləyən maddə lüizit (ClCH=CHAsCl2) isə
xoşagələn ətirşah iyinə malikdir. O, ilk dəfə olaraq onu 1918-ci ildə sintez
edən Amerika kimyaçısı Uinford Li Lüisin (1878-1943) şərəfinə adlandırılıb. Bu
adı daha məşhur olan Amerika kimyaçısı Hilbert Nyuton Lüisin (1875-1946) adı
ilə səhv salmaq olmaz.
Arsenə malik ən məşhur üzvi maddələrdən
biri salvarsandır. Onu
1909-cu ildə alman kimyaçısı və biokimyaçısı, Nobel mükafatı laureatı Paul
Erlix (1851-1915) siflis və digər oxşar xəstəlikləri müalicə üçün almışdır. O,
bu maddəni “preparat 606” adlandırmışdır – bu, heyvanlar üzərində müalicəvi
təsiri öyrənmək üçün istifadə olunan preparatın sıra nömrəsi idi. Sonralar bu
maddə salvarsan adlandırıldı. Latınca salvo
– “xilas edirəm” və arsenicum – “arsen” sözlərindəndir.
Salvarsanın strukturu Erlixin portreti ilə birlikdə 1989-cu ildə
buraxılmış 200 markalıq AFR pulu üzərində təsvir olunmuşdur.