Kimyanın dili. Adlı vahidlər
Debay. Molekulların dipol
momentlərinin ölçü vahididir. Holland fiziki, Nobel mükafatı laureatı Peter
Debayın şərəfinə adlandırılıb.
Coul. İşin və enerjinin ölçü
vahididir və ingilis fiziki Ceyms Preskott Coulun (1818-1889) şərəfinə
adlandırılıb.
Dobson vahidi. Atmosferdə
ozonun miqdarının ölçü vahididir (atmosfer təzyiqində ozon təbəqəsinin 0,01 mm
qalınlığına bərabərdir). Yer səthindən atmosferdə ozonun miqdarını ölçmək üçün
ilk cihazı kəşv edən Britaniya fiziki və meteoroloqu Qordon Dobsonun
(1889-1976) şərəfinə adlandırılıb.
Zivert. Şüalanma dozasına
ekvivalent vahiddir. İsveç radiofiziki Rolf Maksimilian Zivertin (1896-1966)
şərəfinə adlandırılıb.
Kayzer. Dalğa
ədədi vahididir; spektroskopiyada adətən tam bölünən kilokayzer (1000 sm-1)
istifadə olunur.
Kelvin. Temperaturun mütləq
şkalası vahididir. İngilis fiziki Uilyam Tomson, lord Kelvinin şərəfinə
adlandırılıb.
Kulon. Elektrik yükü vahididir.
Fransız fiziki Şarl Kulonun (1736-1806) şərəfinə adlandırılıb.
Küri. Radionuklidin sistemdən
kənar aktivlik vahididir. Fransız fiziki Per Kürinin (1859-1906) və polşa
əsilli fransız fiziki və kimyaçısı Mariya Sklodovskaya – Kürinin (1867-1934)
şərəfinə adlandırılıb.
Nyuton. Güc vahidi İngilis
fiziki, riyaziyyatçısı və astranomu İsaak Nyutonun (1643-1727) şərəfinə
adlandırılıb.
Om. Elektrik müqaviməti vahididir. Alman fiziki
Qeorq Simon Omun (1787-1854) şərəfinə adlandırılıb.
Paskal. Təzyiq vahididir.
Fransız fiziki, riyaziyyatçısı, ədəbiyyatçısı və filosofu Blez Paskalın
(1623-1662) şərəfinə adlandırılıb.
Puaz. Özüllüyün sistemdən
kənar vahididir. Fransız həkim və fiziki Jan Lui Mari Puazeylin
(1799-1869) şərəfinə adlandırılıb.
Rezerford. Radionuklidin
aktivliyinin köhnəlmiş sistemdən kənar vahididir. Britaniya fiziki, Nobel
mükafatı laureatı Ernest Rezerfordun (1871-1937) şərəfinə adlandırılıb.
Rentgen. Nüfuz
edən şüanın sistemdən kənar vahididir. Alman fiziki, Nobel mükafatı laureatı
Vilhelm Konrad Rentgenin (1845-1923) şərəfinə adlandırılıb.
Simens. Elektrik
keçiriciliyi vahididir. Alman alimi və ixtiraçısı Ernst Verner fon Simensin
(1816-1892) şərəfinə adlandırılıb.
Tesla. Maqnit
induksiyası vahididir. Amerika fiziki, mühəndisi və ixtiraçısı (serb əsilli)
Nikola Teslanın (1856-1943) şərəfinə adlandırılıb.
Farad. (əvvəlki
adı farada). Elektrik tutumu vahididir. İngilis fiziki və kimyaçısı
Maykl Faradeyin şərəfinə adlandırılıb.
Fermi. Nüvə
fizikasında köhnəlmiş uzunluq vahidi (10-15 m). İtaliya fiziki,
Nobel mükafatı laureatı Enriko Ferminin (1901-1954) şərəfinə adlandırılıb.
II
Məlumat
Digər təbiət elmlərində olduğu kimi kimyada da fiziki
kəmiyyətlərin ölçülməsi üçün müxtəlif vahidlər istifadə olunur. Onların çoxu
alimlərin şərəfinə adlandırılıb. Belə vahidlərin bəziləri aşağıda verilir.
Amper. Elektrik
cərəyanının güc vahidi fransız fiziki, kimyaçısı və riyaziyyatçısı Andre Mari
Amperin (1775-1836) şərəfinə belə adlandırılıb.
Anqstrem. Uzunluğun
10-10 m-ə bərabər olan vahididir. Bu vahidi 1868-ci ildə təklif
etmiş isveç fizik və astronomu Andres Anqstremin (1814-1874) şərəfinə
adlandırılıb. Bu vahidin isveç dilində adı angström yazılır
və “anqstryom” oxunur.
Bayt və bit (ingiliscə byte
və bit). Səkkiz bitə bərabər olan məlumat vahidi “bayt” terminini 1956-cı
ildə İBM şirkətində işləyən Verner Buxqolts təklif etmişdir. O, bu sözü “bit”
sözündən yaratmışdır (ingilis binary digit – “ikili rəqəm” sözünün
qısaldılmış forması). O, i hərfini y ilə
əvəz etmişdir ki, bu terminlər bir-birindən daha çox fərqlənsinlər. Yeri
gəlmişkən, ingilis dilində “bit” – az miqdar, kəsik, hissəcik” sözü
var.
Bekkerel. Radionuklidin saniyədə
bir parçalanmağa uyğun gələn aktivlik vahididir. Radioaktivliyi kəşv etmiş
1903-cü ildə ər-arvad Rürilərlə birlikdə Nobel mükafatı almış fransız fiziki
Antuan Anri Bekkerelin (1852-1908) şərəfinə adlandırılmışdır.
Bel. Loqorifmik şkalada
fiziki kəmiyyətlərin nisbətlərinin ölçülmə vahididir. Bell Telephone
Company şirkətinin yaradıcısı Aleksandr Qrex Bellin (1847-1922)
şərəfinə adlandırılıb. Praktikada kəsr vahidi detsibel istifadə
olunur.
Bod. Məlumatın ötürülmə
sürətinin vahididir. Fransız mühəndis və ixtiraçısı Jan Moris Bodun (1845-1903)
şərəfinə adlandırılıb.
Vat. Güc vahidi. Buxar
maşınının yaradıcısı Ceyms Uattın (Watt, 1736-1819) şərəfinə adlandırılıb.
Veber. Maqnit axınının ölçü
vahididir, alman fiziki Vilhelm Eduard Veberin (1804-1891) şərəfinə
adlandırılıb.
Volt. Elektrik gərginliyi
vahididir. İtaliya fiziki, kimyaçısı və fizioloqu Alessandro Voltun (1745-1825)
şərəfinə adlandırılıb.
Qal. Yerin qravitasiya sahəsinin
gərginlik vahididir. İtaliya alimi Qalileo Qalileyin (1564-1642) şərəfinə
adlandırılıb.
Qauss. Maqnit induksiyasının
ölçü vahididir. Alman fiziki və riyaziyyatçısı Karl Fridrix Qaussun (1777-1855)
şərəfinə adlandırılıb. Köhnə işlərdə EPR spektrlərində maqnit sahəsinin
gərginliyi qausslarla göstərilirdi.
Henri. İnduktivlik vahididir.
Amerika fiziki Cozef Henrinin (1797-1878) şərəfinə adlandırılıb.
Hers. Tezlik vahididir. Alman
fiziki Henrix Rudolf Hersin (1857-1894) şərəfinə adlandırılıb.
Bome dərəcəsi. Mayelərin
sıxlıqlarının şərti vahididir. Areometri kəşv edən fransız kimyaçısı,
ixtiraçısı Antuan Bomenin (1728-1804) şərəfinə adlandırılıb.
Selsi dərəcəsi. Selsi
şkalası üzrə temperatur vahidi. İsveç astronomu, geoloqu və meteoroloqu Andres
Selsinin (1701-1744) şərəfinə adlandırılıb. O, yüzdərəcəlik şkala təklif edib.
Selsi öz şkalasında sıfır kimi suyun qaynama temperaturunu götürmüş, buzun
ərimə temperaturuna 100 qiymət vermişdir; Selsi öldükdən sonra İsveç astronomu
Mortin Stryomer (1707-1770) şkalanı çevirmişdir. 1895-ci ildə kəşv olunmuş
mineral da Selsinin şərəfinə selzian – tərkibi BaAl2Si2O8 olan çöl
şpatı adlandırılmışdır.
Qrey. Udulmuş şüa dozası
vahididir. Radiobialogiyanın banilərindən biri olan ingilis fiziki Lyuis Qarold
Qreyin (1905-1965) şərəfinə adlandırılmışdır.
III Məlumat
Tam bölünən və kəsir vahidlər üçün önlük
Ad
|
Qısaldılma
|
Qiyməti
|
Dil
|
Etimologiya
|
Qəbul olunduğu il
|
İotta
|
İ, y
|
1024
|
yunan
|
okto – səkkiz(10008)
|
1991
|
Zetta
|
Z, Z
|
1021
|
latın
|
septem – yeddi(10007)
|
1991
|
Eksa
|
E, E
|
1018
|
yunan
|
hex – altı(10006)
|
1975
|
Peta
|
P, P
|
1015
|
yunan
|
pente – beş(10005)
|
1975
|
Tepa
|
T, T
|
1012
|
yunan
|
teras – nəhəng
|
1960
|
Qiqa
|
Q, G
|
109
|
yunan
|
qiqos – qiqant
|
1960
|
Meqa
|
M, M
|
106
|
yunan
|
meqa – böyük
|
1919
|
Kilo
|
k, k
|
103
|
yunan
|
chilioi – min
|
1795
|
Qekto
|
q, h
|
102
|
yunan
|
hekaton – yüz
|
1795
|
Deka
|
da, da
|
101
|
yunan
|
deka – on
|
1795
|
Dessi
|
d, d
|
10-1
|
latın
|
decimus – onda bir
|
1793
|
Santi
|
s, s
|
10-2
|
latın
|
centesimus – yüzdə bir
|
1793
|
Milli
|
m, m
|
10-3
|
latın
|
millesimus – mində bir
|
1793
|
Mikro
|
mk, μ
|
10-6
|
yunan
|
micros – kiçik
|
1919
|
Nano
|
n, n
|
10-9
|
yunan
|
nannos – cırtdan(çox kiçik)
|
1960
|
Piko
|
p, p
|
10-12
|
italiya
|
piccolo – kiçik
|
1960
|
Femto
|
f, f
|
10-15
|
danimarka
|
femten – on beş
|
1964
|
Atto
|
a, a
|
10-18
|
danimarka
|
atten – onsəkkiz
|
1964
|
Zepto
|
z, z
|
10-21
|
latın
|
septem –yeddi(1000-7)
|
1991
|
iokto
|
i, y
|
10-24
|
yunan
|
okto – səkkiz(1000-8)
|
1991
|