Adları alınma üsulları ilə əlaqəli olan elementlər


Alüminium. Onun adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – “rassol, duz məhlulu” sözündəndir. Qəribədir ki, İngiltərədə “alüminium” – aluminium, ABŞ-da isə aluminum yazılır.
Lantan. 1794-cü ildə fin kimyaçısı Y.Qadolin serit mineralında yeni “ittirium torpağı” aşkar etdi. 1803-cü ildə həmin mineralda Y.Y.Berselius və alman kimyaçısı Vilhelm Xizinger (1766-1852) daha bir “torpağı” tapdılar, onu da “serium torpağı” adlandırdılar. Bu “torpaqlardan” sonralar bir sıra nadir torpaq elementlərinin oksidlərini ayırdılar. Onlardan biri 1839-cu ildə kəşf olunmuşdur və Berseliusun təklifi ilə lantan adlandırılmışdır. Yunan lanthano – “görünməz qalıram, gizlənirəm” sözündəndir; yeni element on illərlə kimyaçılardan “gizlənmişdir”.

Barium. 1774-cü ildə isveç kimyaçısı K.V.Şeele ağır şpat (BaSO4) mineralından yeni “torpağı” ayırdı və onu barit adlandırdı; yunanca baros – “ağırlıq”, barys – “ağır”, barytes – “çəki” deməkdir. 1808-ci ildə bu “torpaq”dan (BaO) elektrolizin köməyi ilə Q.Devi yeni metalı ayırdıqda o, bu metalı barium adlandırdı.
Bor. Ərəblər bauraq sözü ilə (fars sözü burah – “ağ”) suda həll olan çox sayda ağ rəngli duzları adlandırmışdılar. Belə duzlardan biri BURA, təbii natrium tetroboratdır Na2B4O7 · 10H2O. Buradan 1702-ci ildə közərtmə yolu ilə (sonradan turşu ilə işləməklə) borat turşusu, ondan isə 1808-ci ildə fransız alimləri J.L.Gey-Lüssak və Lui Jak Tenar (1777-1857) bir-birindən asılı olmadan yeni element aldılar və onu bor adlandırdılar. Maraqlıdır ki, Qemfri Devi bu kəşfə cəmi 9 gün gecikib. O, təklif edib ki, yeni  element boron adlandırılsın və məhz bu ad (boron) ingilis dilində möhkəmlənmişdir; digər avropa dillərində daha qısa ad qalıb (bəzən əlavə səsli hərflə: fransızca bore, italyan və ispan dillərində boro, holland dilində boor).

Silisium. Onun rusca adı “kremniy” 1831-ci ildə Q.İ.Hess tərəfindən verilmişdir, qədim slavyan “kremı” sözündən yaranmışdır. Müasir rus dilində kremen – bərk daş deməkdir. Elementin latınca adının – Silicium (və beynəlxalq silikat sözünün də) mənşəyi eynidir: silex – “daş, çaydaşı”, həmçinin “sıldırım, qaya”. Aydındır ki, qayalar yumşaq daşdan olmur. Bu kök “silan” (silisium hidrid), “silikogel”, “silikonlar”, “siloksanlar”, “silisidlər” və çoxlu saylı digər adlarda da var. Odur ki, Silicon Valley yalnız “Silisium vadisi” kimi tərcümə olunmalıdır, “Silikon” kimi yox. Ona görə ki, silikon (ingilis silicone) – silisium üzvi birləşmədir. Silikonlar yağların, sürtkülərin, kauçukların, qətranların, implantların və s. tərkibinə daxildir.

Sirkonium. Ad fars zargun - “qızılı rəngə boyanmış” sözündəndir. Sirkoniumun mineralının (ZrSiO4) şəkildəyişmələrindən  biri qiymətli daş qiasinit belə rəngə malikdir. Sirkoniumun dioksidini (“sirkonium torpağı”) seylon sirkonundan 1789-cu ildə alman kimyaçısı M.Q.Klaprot ayırmışdır.
Texnesium. Ad  bu elementin süni alındığını əks etdirir: olduqca az miqdarda texnesium 1936-cı ildə molibdeni siklotronda deyterium ilə şüalandırarkən almışlar. Yunanca technetos - “süni” deməkdir.
Disprozium. P.Lekok de Buabodran 1886-cı ildə kəşf etdiyi nadir torpaq elementini belə adlandırırdı.Yunanca dysprositos - “çətin əlçatan” deməkdir; təsadüfi deyil ki, disprozium nadir torpaq elementlərindən (radioaktiv prometium nəzərə alınmasa) ən son kəşf olunandır.
Neon, Kripton, Ksenon. Bu nəcib qazlar XIX əsrin sonunda havada (daha doğrusu havadan ayrılmış arqonda) spektral üsulla kəşf olunmuşdur. Onlar öz adlarını yunan neos - “yeni”, kryptos - “məxvi, gizli” və xenos - “özgə, qəribə, qeyri adi” sözlərindəndir.

Kalsium. Bu ad da maraqlı və zəngin tarixə malikdir. Romalılar calx olaraq yumşaq daşların hamısını, daha çox əhəng daşını adlandırırdılar. Onlar bu sözü yunan sözündən (chalix – “kiçik daş, çınqıl” yeni yunan dilində isə chaliki – “çınqıl”) götürüblər. Zaman keçdikcə calx adı yalnız əhəng daşı üçün (təsadüfi deyil ki, “təbaşir” ingiliscə chalk-dır) möhkəmləndi. Elə bu söz qədimə əhəng –  əhəng daşının yandırılma məhsulu üçün istifadə olunurdu. Yandırılma üçün soba isə latınca calcaria adlanırdı. Bununla əlaqədar olaraq Riqada 1407-ci ildən məlum olan qədim küçə Kalkyunun adı maraqlıdır. Çox illər əvvəl Riqanın qocaman bir sakini bu kitabın müəlifinə deyib ki, şəhərdə ən uzun olan bu küçə (1950-ci ildə onu Lenin küçəsi ilə birləşdirdilər) əvvəllər Kal̗k̗u iela adlandırılmışdı və bu, latış dilində “əhəng küçəsi” deməkdir. O, izah etdi ki, nə vaxtsa burada əhəng yandırılan soba olub. 1990-cı ildə küçəyə əvvəlki adı qaytarılıb.
Əlkimyaçılar yandırılma prosesinin özünü kalsinasiya adlandırırdılar. Susuzlaşdırılmış soda – susuz natrium karbonat kristallik Na2CO3 · 10H2O birləşməsini közərtdikdə alınır. İlk dəfə olaraq metallik kalsiumu əhəngdən 1808-ci ildə Q.Devi aldı və bu elementə Calcium adı verdi.

Kalium. Ərəbcə al-qili – “kül”, həmçinin nəsə közərdilmiş deməkdir. Bitkilərin külündən alınan məhsul – kalium karbonat da belə adlandırıldı. O vaxtdan kəndlərin sakinləri bitkiləri kalium ilə qidalandırmaq üçün belə küldən istifadə edirlər; məsələn, günəbaxan bitkisinin külündə 30%-dən çox kalium var. Ərəb sözündən (artiklsiz) “kalium” adı alınmışdır. Elementin belə adı “kaliy” rus dilində, kaliyum serb dilində, kalium makedon dilində, kalij sloven dilində adlanır. Elementin ingiliscə adı (potassium) german dili qrupu dillərindən götürülmüşdür. İngilis ash – “kül”, pot – “dipçək”, almanca uyğun olaraq Asche  Pott, holland dilində as  pot, yəni potaş – “dipçəkdən kül”.

Radium və radon. Bu adlar bütün dillər üçün ümumidir, latın radius – “şüa” və ya radiare – “şüa buraxmaq” sözündəndir. Küri ər-arvad radiumu kəşf edərək onun görünməyən hissəciklər buraxması xassəsini müəyyən etdilər. Radium parçalandıqda radioaktiv qaz alınır ki, onu radiumun  emanasiyası (latınca emanatio – “axmaq”) sonra radon adlandırmışlar.
Aktinium və protaktinium. Bu radioaktiv elementlərə ad radium ilə analoji olaraq verilmişdir: yunanca aktis – “şüa”, həmçinin, “şəfəq saçma, şölmə saçma” deməkdir. Aktinium fransız fiziki və fizikikimyaçısı Andre Lui Debern (1874-1949) tərəfindən 1899-cu ildə uran parıltısında kəşf olunmuşdur. Güclü radioaktivlik səbəbindən o, qaranlıqda işıqlanır. Protaktinium aktiniumdan çox sonra kəşf olunsa da (həm də asılı olmadan bir neçə tədqiqatçı tərəfindən),   aktiniumun təbii radioaktivlik sırasında (uran-235-dən başlayır) protaktinium əvvələ yerləşir; onun adı da buradandır, yunan protos – “birinci, ilkin, başlanğıc” deməkdir.



Bu blogdaki popüler yayınlar

Heyvanlar nə qədər yaşayır?

KIMYADAN MARAQLI SUALLAR VƏ CAVABLARI

Mitoz